Azərbaycanlı futbolçu oynadı, komandası qalib gəldi
Albaniya Superliqasında 30-cu turun qarşılaşmaları davam edir.
90plus.az xəbər verir ki, Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” doğma meydanda “Biliş”lə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycanlı futbolçu oyuna start heyətində başlayıb.
O, matçın 72-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb, 79-cu dəqiqədə isə əvəzlənib.
Hazırda “Eqnatiya” 54 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Partizani” isə 44 xalla 4-cü yerdədir.
© Copyright 2026, All Rights Reserved