Azərbaycanlı futbolçunun komandası uduzdu
Albaniyada futbol üzrə ölkə çempionatının 14-cü turu keçirilir.
90plus.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” komandası ev oyununda "Flamurtari" ilə üz-üzə gəlib. Qarşılaşma 1:0 hesabı ilə qonaqların üstünlüyü ilə başa çatıb. Zamiq bu görüşdə meydana çıxa bilməyib.
Qeyd: “Eqnatiya” 25 xalla turnir cədvəlində 3-cü sırada yer alır.
© Copyright 2025, All Rights Reserved