Azərbaycanlı gənc futbolçuya Avropadan təklif var
                            
                        
                            
                                "Şamaxı" klubunun müdafiəçisi Rüfət Abbasov karyerasını Avropada davam etdirmə ehtimalına malikdir.
90plus.az xəbər verir ki, uğurlu mövsüm keçirən 20 yaşlı futbolçuya bir neçə klub ciddi maraq göstərir. Bu təkliflərdən biri Almaniya II Bundesliqasında çıxış edən komandadan gəlib.
Rüfət Abbasov cari mövsümün əvvəlindən "Şamaxı"nın heyətində oynayır. Azərbaycanın U-21 yığmasının üzvü olan gənc sol cinah müdafiəçisi Premyer Liqada 27 oyuna çıxaraq 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun bölgə klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Qeyd: "Şamaxı" qış transfer dönəmində hücumçusu Belajdi Pusini Rusiyanın "Fakel" klubuna satıb.
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved