Azərbaycanlı güləşçi Avropa çempionu oldu
Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı başa çatıb.
90plus.az xəbər verir ki, yarışın son günü yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq çəki dərəcələrində medalçılar müəyyən olunub.
Ayxan Cavadov (60 kq) bürünc medal uğrunda qarşılaşmada Yevgeni Pokovbaya 1:3 hesabı ilə uduzaraq 5-ci yeri tutub.
Fərid Xəlilov (67 kq) isə Petro Jitovoza qalib gələrək turniri 3-cü pillədə başa vurub.
Elmin Əliyev (82 kq) finalda Gürcüstan təmsilçisi Tornike Mikeladzeylə üz-üzə gəlib və 3:2 hesablı qələbə qazanaraq U23 Avropa çempionu olub.
Yunan-Roma güləşi üzrə millimiz çempionatı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla tamamlayıb. Yığmamız komanda hesabında 100 xalla 4-cü yerə layiq görülüb.
© Copyright 2026, All Rights Reserved