Azərbaycanlı hakimə Avropa Liqasında təyinat
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq təyinatını alıb.
90plus.az xəbər verir ki, Ağayev futbol üzrə Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda İsveçrənin "Yanq Boyz" komandası ilə Fransanın "Lion" klubu arasında keçiriləcək oyunun baş hakimi olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmiralı, dördüncü hakim isə Tural Qurbanov kömək edəcək.
"Yanq Boyz" – "Lion" matçı yanvarın 22-də Bern şəhərindəki "Vankdorf" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
© Copyright 2026, All Rights Reserved