Azərbaycanlı hakim "Benfika"nın oyununa təyinat aldı
Azərbaycan futzal üzrə FİFA referisi Knyaz Əmiraslanov UEFA Çempionlar Liqasının əsas mərhələsində təyinat alıb.
90plus.az xəbər verir ki, o, 3-cü qrupun oyunlarında fəaliyyət göstərəcək. Knyaz Əmiraslanov oktyabrın 29-da keçiriləcək "Benfika" (Portuqaliya) – "Lozniça-Qrad 2018" (Serbiya) matçında ikinci hakim, eyni gün baş tutacaq "Riqa" (Latviya) – "Lüksol Sent Endryus" (Malta) qarşılaşmasında isə üçüncü hakim kimi çalışacaq.
Oktyabrın 30-da isə o, "Lüksol Sent Endryus" – "Lozniça-Qrad 2018" oyununda baş hakim vəzifəsini icra edəcək. Qeyd edək ki, həmin qrupun görüşləri Maltanın Qzira şəhərində keçiriləcək.
© Copyright 2025, All Rights Reserved