Azərbaycanlı hakim Niderlandın matçına təyinat aldı
FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq qarşılaşmaya baş hakim kimi təyinat alıb.
90plus.az xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçiriləcək Niderland – Belarus oyununu idarə edəcək. T. Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.
B Liqasının 7-ci qrupunun son qarşılaşması martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda baş tutacaq.
Qeyd: Tural Qurbanov daha əvvəl – martın 25-də keçirilən Kosovo – Niderland (0:1) görüşündə dördüncü hakim kimi fəaliyyət göstərib.
© Copyright 2026, All Rights Reserved