Azərbaycanlı hakimə UEFA-dan təyinat verildi
Azərbaycanlı hakim Elçin Məsiyev UEFA tərəfindən növbəti dəfə oyuna təyinat alıb.
90plus.az xəbər verir ki, FIFA kateqoriyalı referi UEFA Avropa Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində keçiriləcək “Midtyullann” (Danimarka) – “Dinamo” (Zaqreb, Xorvatiya) qarşılaşmasını idarə edəcək.
Matçda ona yan xətt hakimləri Pərvin Talıbov və Elşad Abdullayev assistentlik edəcəklər. Dördüncü hakim vəzifəsi isə Kamal Umudluya həvalə olunub.
Görüşün VAR hakimi Şotlandiyadan olan Endryu Dallas olacaq. AVAR funksiyasını isə İngiltərə təmsilçisi Maykl Salisböri yerinə yetirəcək.
“Midtyullann” – “Dinamo” oyunu yanvarın 29-dan 30-na keçən gecə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved