Azərbaycanlı hakim vəzifəyə təyin olundu
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) yeni icraçı direktoru müəyyənləşdirilib.
90plus.az xəbər verir ki, Assosiasiyanın davamlı fəaliyyəti və sistemli inkişafı üçün daxili strukturda dəyişikliklər edilib və İcra Aparatı yaradılıb.
Ümumi yığıncağın verdiyi qərarla, idarə heyəti sədrinin müavini Rauf Cabarov AKTA-nın icraçı direktoru vəzifəsinə gətirilib.
Qeyd: Rauf Cabarov eyni zamanda futbol hakimi kimi də fəaliyyət göstərir. O, 2003-cü ildən bu sahədə çalışır və 2019-cu ildən etibarən FIFA tərəfindən keçirilən oyunlarda hakimlik edir.
© Copyright 2025, All Rights Reserved