Azərbaycanın 3x3 millisi finalda – Kosovo darmadağın
Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avropa kubokunun seçmə mərhələsində növbəti uğuruna imza atıb.
90plus.az xəbər verir ki, Priştinada keçirilən turnirdə yarımfinala yüksələn yığmamız ev sahibi Kosovo komandası ilə qarşılaşıb. Görüş Azərbaycan basketbolçularının tam üstünlüyü şəraitində keçib və komandamız 21:5 hesabı ilə inamlı qələbə qazanaraq finala vəsiqə əldə edib.
Beləliklə, millimiz Avropa kubokuna gedən yolda son addımı atmağa hazırlaşır. Komandamız həlledici qarşılaşmada İrlandiya ilə Kipr arasında keçiriləcək digər yarımfinal oyununun qalibi ilə üz-üzə gələcək.
Qeyd: Azərbaycan yığması seçmə mərhələdə daha əvvəl Kipri 16:10, Maltanı isə 15:14 hesabı ilə məğlub etmişdi.
© Copyright 2026, All Rights Reserved