BƏƏ-də 2000 funta oynayan ingilis: "Buraya pul üçün gəlməmişəm"

90plus.az xəbər verir ki, bir zamanlar “Çaykur Rizespor” və “Eyüpspor”da çıxış etmiş tanınmış ingilis futbolçu Conco Şelvi Birləşmiş Ərəb Əmirliklərinin III Liqa klubu olan “Arabian Falcons”a keçidinin səbəbini açıqlayıb.
Karyerası ərzində “Liverpul”, “Nyukasl” və “Nottingem Forest” kimi klubların formasını geyinmiş Şelvi III Liqa təmsilçisinə cəmi 2 min funt sterlin maaşla transfer olunması ilə diqqət çəkmişdi. BBC-yə verdiyi müsahibəsində təcrübəli yarımmüdafiəçi bu qərarının arxasında duran məqamları izah edib.
“Nə pulu? BƏƏ III Liqasında pul yoxdur”
“Arabian Falcons” klubuna maddi səbəblərlə getdiyi barədə deyilənlərə cavab verən Şelvi bildirib:
“BƏƏ III Liqasında pul yoxdur. Burada oyunçular orta hesabla ayda 2 min funt sterlin maaş alır. Karyeram boyunca qazandığım pulla müqayisədə bu, heç nədir. Qardaşım Londonda bir oteldə işləyərək məndən çox qazanır. Mən bura pul üçün gəlməmişəm.”
“Yeni bir başlanğıc”
33 yaşlı futbolçu, “Arabian Falcons” klubunun baş məşqçisi və eyni zamanda uşaqlıq dostu Harri Aqombarın dəvəti ilə Dubaya köçdüyünü bildirib. Bu addımı “yeni başlanğıc” adlandıran Şelvi:
“Zamanımı doldurdum. İndi futbolun dadını çıxarmaq istəyirəm. Əsas olan gördüyüm işdən zövq almaq və ailəmlə vaxt keçirməkdir” – deyə qeyd edib.
“Artıq Londonda özümü təhlükəsiz hiss etmirəm”
Aldığı qərarın ailəsi, xüsusilə də övladları ilə bağlı olduğunu vurğulayan Şelvi İngiltərədə təhlükəsizlik problemlərinin artdığını deyib:
“Dürüst olmaq lazım olsa, uşaqlarımın İngiltərədə böyüməsini istəmirəm. Biz Londonda yaxşı bir ərazidə yaşayırıq, amma mənim gəldiyim yerlərdə bu cür imkanlara sahib olmaq mümkün deyil. Artıq Londonda saat taxmıram. Telefonu belə cibimdə gəzdirə bilmirəm. Təhlükəsizlik qalmayıb. Birləşmiş Krallıq artıq 10-15 il əvvəlki kimi deyil.”