Bakıdakı pişik dünyada gündəm oldu

Son günlərdə avtoidman aləminin diqqət mərkəzi Bakıya yönəlib.
90plus.az xəbər verir ki, buna səbəb Formula 1-in Azərbaycan Qran-Prisinin keçirilməsidir. Paytaxtda baş tutan bu yarış yalnız idman hadisəsi kimi deyil, başqa məqamlarla da gündəmdədir.
Bu məqamlardan biri də Bakı şəhər trasında görünən bir pişik olub. Pit-leyn ərazisində kameraların obyektivinə tuş gələn bu “yerli sakin” tez bir zamanda məşhurlaşıb. Fotoqraflar onun populyarlığından yararlanaraq müxtəlif fotosessiyalar təşkil ediblər.
Pişiyin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və qlobal miqyasda trend halını alıb.
© Copyright 2025, All Rights Reserved