"Baku Sportinq"in futbolçusu mükafatlandırıldı
I Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Baku Sportinq"in futbolçusu Elşən Abdullayev mükafatlandırılıb.
90plus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Fevral ayının ən yaxşı qolunun müəllifinə mükafat XIX turun "Baku Sportinq" – "Mingəçevir" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev tərəfindən təqdim olunub.
© Copyright 2026, All Rights Reserved