"Bolonya"nın futbolçusundan maraqlı görüntü - SƏBƏB
İtaliya A Seriyasında həftə sonu oynanılan "Venezia" və "Bolonya" matçına "Bolonya"nın 25 yaşlı futbolçusu Yens Odqardın görüntüsü damğa vurdu.
90plus.az xəbər verir ki, "Bolonya"nın oyunçusu Yens Odqardın boynunun arxasında böyük bir qırmızı halqa göründü.
Matçı izləyənlər bu vəziyyətlə bağlı şərhlər verərək səbəbini öyrənməyə çalışdı, lakin danimarkalı futbolçu sosial mediada bununla bağlı açıqlama verdi. 25 yaşlı futbolçu belə yazdı: "Sadəcə boynum üçün istifadə etdiyim bir dərmandır, ciddi bir şey deyil."
© Copyright 2025, All Rights Reserved