Balotellinin yeni ünvanı Ərəbistan oldu
İtaliya yığmasının keçmiş hücumçusu Mario Balotelli futbol karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə çox yaxındır.
90plus.az xəbər verir ki, “Əl-İttifaq” klubu Balotellini transfer etmək niyyətində israrlıdır.
Səudiyyə təmsilçisi 35 yaşlı oyunçuya 2,5 illik müqavilə təklif edib.
Son olaraq “Cenoa” klubunda çıxış etmiş Balotelli hazırda bu təklifi dəyərləndirir.
Qeyd: “Əl-İttifaq” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 9-cu yerdə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved