Bardakçı azarkeşlərdən şikayət etdi - Eynisi bizim milliyə də edilmişdi
Türkiyə millisinin müdafiəçisi Abdulkerim Bardakçı Kosovalı azarkeşlərə əsəbləşdi.
90plus.az xəbər verir ki, dünən FIFA Dünya Çempionatının seçmə mərhələsində Türkiyə Kosovanı 1-0 hesabı ilə məğlub edərək mundiala bilet qazandı.
Ancaq oyundan sonra jurnalistlərə müsahibə verən millinin müdafiəçisi Abdulkerim Bardakçının dediyinə görə, Kosovalı azarkeşlər Türkiyənin milli himninə qarşı hörmətsizlik ediblər, fitə basıblar:
"Türkün türkdən başqa dostu yoxdur, himnimiz fitə basılmalı deyildi".
Qeyd: Azərbaycan millisi 2017-ci ildə səfərdə Kosova ilə qarşılaşanda, eyni hadisə bizim də başımıza gəlmişdi.
© Copyright 2026, All Rights Reserved