“Barsa” Dani Olmonu qeydiyyatdan keçirə bilmədi!
La Liqa "Barselona"nın Dani Olmonu qeydiyyatdan keçirməsi ilə bağlı müraciətini rədd etdi.
90plus.az xəbər verir ki, “Barselona" La Liqanın iqtisadi nəzarət qaydalarına uyğun olaraq yanvarın 2-dən etibarən hər hansı futbolçunun qeydiyyatdan keçməsinə imkan verəcək heç bir alternativ təqdim etməyib!
Hazırda Dani Olmo rəsmən azad agentdir! O, bu mövsüm "Barselona"da 15 matçda 6 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Qeyd: Pau Viktor da Dani Olmo ilə eyni taleyi yaşayır…
© Copyright 2026, All Rights Reserved