“Barsa” Harri Keyni ala bilmədi
“Barselona”nın Harri Keyni transfer etmək cəhdi uğursuz oldu.
90plus.az xəbər verir ki, İspaniya nəhəngi “Barselona” İngiltərə millisinin hücumçusu Harri Keyni transfer etməyə çalışsa da, əməliyyat uğursuz olub.
Məlumata görə, İngilis futbolçu “Bayern Münhen”də qalmağa meyillidir. Bunun səbəbi klubdakı mövqeyinin sabitliyi, formasının yüksək səviyyədə olması və ümumi vəziyyətidir.
Bundan əlavə, qarşıdan gələn Dünya Çempionatı da Keynin tələsik qərar verməsinin qarşısını alır və futbolçunun sabitliyini qorumaq istədiyi qeyd olunur.
🔗 : SPORT BILD
© Copyright 2025, All Rights Reserved