“Barsa”dan “Çelsi”yə getdi
"Barselona"nın futbolçusu Mark Qiunun "Çelsi"yə keçidi rəsmiləşib.
90plus.az xəbər verir ki, 18 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb. Bu transfer üçün "zadəganlar" Kataloniya klubuna 6 milyon avro ödəyəcək.
Qeyd: İspaniyanın U-19 millisinin üzvü olan Mark Qiu "Barselona"nın əsas komandasında 3 oyuna çıxıb.
© Copyright 2026, All Rights Reserved