“Barsa”ya yeni qapıçı gəlir

Xoan Qarsiya “Barselona”nın yeni qapıçısı olur – 25 milyonluq transfer tamamlanmaq üzrədir.
90plus.az xəbər verir ki, “Barselona” yay transfer dönəminin ilk böyük gedişlərindən birini reallaşdırır. Kataloniya klubu “Espanyol”un gənc qapıçısı Xoan Qarsiya ilə 5 illik müqavilə bağlamağa hazırlaşır. Razılaşma ötən həftə əldə olunub, indi isə rəsmi prosedurlar yerinə yetirilir.
İspan mediasının məlumatına görə, “Barselona” gələn həftə Xoan Qarsiyanın 25 milyon avro dəyərində sərbəstqalma maddəsini ödəyəcəyini “Espanyol”a bildirib. Plan artıq klub tərəfindən təsdiqlənib və transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
23 yaşlı qapıçı bu mövsüm “Espanyol”da sabit çıxışı ilə seçilib və La Liqanın diqqət çəkən istedadlarından biri olub. “Barselona” rəhbərliyi onu uzunmüddətli layihənin bir parçası kimi görür və gələcəkdə əsas heyətdə önəmli rol oynayacağına inanır.
Bu transfer həm də iki əzəli Kataloniya klubunun arasında son illərin ən ciddi keçidlərindən biri olacaq.
© Copyright 2025, All Rights Reserved