"Barselona" 3 xalı tək qolla qazandı
İspaniya La Liqasının 29-cu turunda lider “Barselona” doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşıb.
90plus.az xəbər verir ki, “Nou Kamp”da keçirilən görüş gərgin mübarizə şəraitində keçib. Qarşılaşmanın taleyini isə 24-cü dəqiqədə Ronald Arauxonun vurduğu qol həll edib. Bu qol sayəsində “Barselona” minimal hesablı – 1:0 qələbə qazanıb.
Matç ərzində rəqibi qarşısında çətinlik yaşayan Kataloniya təmsilçisi buna baxmayaraq vacib 3 xalı əldə etməyi bacarıb.
Bu nəticə ilə “Barselona” xalını 73-ə yüksəldərək milli fasiləyə lider kimi yollanıb. “Rayo Valyekano” isə 32 xalla turnir cədvəlində yerini qoruyub.
© Copyright 2026, All Rights Reserved