"Barselona" "Bayer"in oyunçusuna göz qoydu

“Barselona” müdafiə xəttini gücləndirmək üçün yeni oyunçu transfer etmək niyyətindədir.
90plus.az xəbər verir ki, klub “Bayer Leverkuzen”də çıxış edən Alejandro Grimaldonun xidmətlərində maraqlıdır. Balde zədələndikdən sonra onu kənar xəttdə əvəz edə biləcək səviyyədə futbolçu çatışmır. Klub düşünür ki, Grimaldo Balde ilə sağlam rəqabət aparmaq gücündədir. “Bayer Leverkuzen” futbolçunun ayrılmasına müsbət yanaşır. Alman klubu Grimaldo üçün 30-40 milyon avro aralığında məbləğ tələb edir.
Qeyd: Alejandro Grimaldo “Bayer Leverkuzen”dəki sabit və inamlı çıxışı ilə seçilir.
© Copyright 2025, All Rights Reserved