"Barselona" bu futbolçu ilə uzatmaq istəyir
“Barselona” Fermin Lopeslə yeni müqavilə bağlamaq niyyətindədir.
90plus.az bildirir ki, bir neçə klubun yarımmüdafiəçiyə maraq göstərməsi üzündən kataloniyalılar hərəkətə keçərək onun agentləri ilə görüş keçirib.
“Barselona” futbolçuya maaşın əhəmiyyətli dərəcədə artırılmasını və müqavilənin iki il uzadılmasını təklif edir. Hazırkı müqavilə 2029-cu ilin yayına qədər qüvvədədir.
Qeyd: Fermin klubda qalmaq və əsas komandadan birinə çevrilmək istəyir. Bu mövsüm La Liqada 14 matçda iştirak edib və 4 qol vurub.
© Copyright 2026, All Rights Reserved