“Barselona” bu müdafiəçini nişan alıb
“Barselona” “Leççe”nin mərkəz müdafiəçisi Tyaqo Qabrieli potensial müdafiə gücləndirirə bilən futbolçu hesab edir. Bu barədə Foot Mercato məlumat yayıb.
90plus.az xəbər verir ki, 21 yaşlı futbolçu bu mövsüm A Seriyasında ən çox diqqət çəkən müdafiəçilərdən biri olub və Euzebio Di Françeskonun rəhbərliyi altında əsas heyətin daimi üzvünə çevrilib.
Qabriel bütün turnirlərdə 18 oyunda meydana çıxıb, onlardan 17-də start heyətində yer alıb və “Kalyari”yə qarşı matçda qol vurmağı da bacarıb.
Boyu 1,96 metr olan Portuqaliya U-21 millisinin üzvü hava toplarındakı üstünlüyü, fiziki gücü və arxa xətdə sabit çıxışı ilə tanınır.
Məlumata görə, “Barselona” ilə yanaşı “Bayern Münhen” və “Neom” klubu da futbolçunun İtaliyadakı çıxışını yaxından izləyir.
Bununla belə, “Leççe” qış transfer dövründə satışa açıq deyil və yalnız qarşısıalınmaz bir təklif olacağı halda danışıqlara hazırdır. Klub müdafiəçini mövsümün sonuna qədər saxlamaqda qərarlıdır.
© Copyright 2026, All Rights Reserved