"Barselona" Bundesliqadan futbolçu alır

“Barselona” yay transfer pəncərəsində Fisnik Aslanini heyətinə qatmaq variantını nəzərdən keçirir.
90plus.az xəbər verir ki, insayder Florian Plettenberqin məlumatına görə, Kataloniya klubu “Hoffenhaym”ın hücumçusunu yaxından izləyir və oyunçunun müqaviləsindəki məbləğ qarşılığında transferin mümkün olduğunu bilir.
Berlin doğumlu, Kosovo millisinin üzvü olan Aslani bir neçə gün əvvəl “Bild” nəşrinə müsahibəsində “Barselona”da oynamağın onun uşaqlıq arzusu olduğunu deyib. Bildirilir ki, futbolçu yaxın vaxtlarda aparıcı Avropa klubuna keçmək niyyətindədir.
Qeyd: Aslani cari mövsümdə Bundesliqada keçirdiyi 6 oyunda 4 dəfə fərqlənib.
© Copyright 2025, All Rights Reserved