"Barselona" dünya çempionuna "elçi düşdü", Mourinyo mane olur
“Barselona”nın “Benfika”nın heyətində çıxış edən müdafiəçi Nikolas Otamendini transfer etməsi hazırda çətin görünür.
90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi 37 yaşlı argentinalı futbolçunu qış transfer dövründə heyətinə cəlb etməyi düşünür. Ancaq Portuqaliya klubunun baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Otamendi ilə yeni müqavilə imzalanmasını istəyib. Mourinyo bu addımla oyunçunun “Barselona”ya keçid ehtimalını aradan qaldırmağa çalışır.
Xatırlatma: Nikolas Otamendi 2020-ci ildə 15 milyon avro müqabilində “Mançester Siti”dən “Benfika”ya transfer olunub. Təcrübəli müdafiəçinin klubla mövcud sözləşməsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm ərzində 32 qarşılaşmada iştirak edib, 3 qol vurub və 4 assistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved