“Barselona” Estevaonu belə əldən verib
“Barselona” Estevao transferini 4 il ardıcıl müzakirə edib, amma maliyyə problemi mane olub.
90plus.az xəbər verir ki, “Çelsi”nin sürətlə yüksələn ulduzu Estevao Angelonun “Barselona”ya mümkün keçidi son illərdə bir neçə dəfə gündəmə gəlib. Futbolçunun agenti bildirib ki, katalon klubunun transferi 2021, 2022, 2023 və 2024-cü illərdə müzakirə olunub, lakin “Barselona”nın maliyyə çətinlikləri səbəbindən razılıq əldə etmək mümkün olmayıb.
Gənc braziliyalı iki il əvvəl “Mundo Deportivo”ya müsahibəsində “Barselona” sevgisini açıq şəkildə ifadə etmişdi:
“Mən demək olar ki, bütün ‘Barselona’ oyunlarını izləyirəm. Klubun azarkeşiyəm. Burada oynamaq ən böyük arzumdur.”
Buna baxmayaraq, transfer reallaşmadı və Estevao Avropadakı yolunu London klubunda davam etdirdi. O, hazırda “Çelsi”də parlayan ən böyük istedadlardan biri kimi qiymətləndirilir.
Son matçda (Çelsi 3-0 Barselona) isə 17 yaşlı cinah oyunçusu böyük səhnədə məhz “Barselona”ya qarşı vurduğu qolla diqqət mərkəzinə düşüb və keçmişdə baş tutmayan transfer yenidən gündəmə gəlib.
© Copyright 2025, All Rights Reserved