"Barselona" futbolçusunu geri göndərir
"Barselona" "Mançester Yunayted"dən icarəyə götürdüyü hücumçu Markus Reşford üçün 30 milyon avro ödəmək niyyətində deyil.
90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi futbolçunun icarə müddətini uzatmağa çalışır. Lakin "qırmızı şeytanlar" buna razılıq vermir.
Cari mövsümdə Reşford bütün turnirlərdə 39 qarşılaşmada iştirak edib, 10 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved