“Barselona” Haland tərəfi ilə danışıqlarda
“Barselona” Erlinq Halandın nümayəndələri ilə ilkin danışıqlar aparıb.
90plus.az xəbər verir ki, “Barselona” Norveç millisinin hücumçusu Erlinq Halandın nümayəndələri ilə ilkin danışıqlar aparıb.
“Sport” nəşrinin məlumatına görə, Kataloniya klubu mümkün gələcək transfer üçün əvvəlcədən mövqe tutmaq istəyir. Mənbə bildirir ki, “Barselona”nın məqsədi futbolçu gələcəkdə transferə çıxarıldığı halda onu almaq üçün ilk təklif vermək hüququna sahib olmaqdır.
Hazırda norveçli hücumçu “Mançester Siti”nin formasını geyinir və klubla uzunmüddətli - 2034-cü ilədək müqaviləyə malikdir. Buna baxmayaraq, “Barselona” gələcəkdə yarana biləcək transfer imkanını qaçırmamaq üçün futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.
2025-26 mövsümünün statistikası:
Premyer Liqada - 28 oyun, 22 qol və 7 assist
Çempionlar Liqasında - 9 oyun, 7 qol
© Copyright 2026, All Rights Reserved