"Barselona" ilk turda 3 xal qazandı, Reşford tarix yazdı

Reşford Çempionlar Liqasının ilk turunda “Barselona”ya qələbəni gətirdi.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının ilk turunda "Barselona" İngiltərədə "Nyukasl"ın qonağı olub. Kataloniyalılar adına qol vuran futbolçu ingilis Reşforddur.
Markus Reşford “Barselona”nın heyətində Çempionlar Liqasındakı debütünü möhtəşəm keçirdi, “Nyukasl Yunayted” isə “Sent-Ceyms Park”da mövsümə məğlubiyyətlə başladı.
“Mançester Yunayted”dən icarəyə götürülən Reşford meydan sahiblərinin qorxulu yuxusuna çevrildi – ikinci hissədə vurduğu iki sürətli qolla oyunun taleyini həll etdi.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin də izlədiyi matçda Reşford 58-ci dəqiqədə Jül Kundenin ötürməsindən sonra başla gözəl qol vuraraq adətən gurultulu olan Taynsaid ab-havasını susdurdu.
9 dəqiqə sonra isə Reşford daha möhtəşəm an yaşatdı – 20 metrlik məsafədən topu qapı tirinə dəyərək qapıya göndərdi, qolkiper Nik Poup isə çaresiz qaldı. Bu, onun Çempionlar Liqasında dörd ildən sonra ilk qolları idi.
Reşford üçün bu gecə xüsusilə yaddaqalan oldu – ötən mövsüm icarə əsasında “Aston Villa”da oynasa da, indi “Barselona”nın zəngin hücum xəttində (hətta zədəli Lamine Yamal olmasa belə) tam gücü ilə iştirak etdi.
“Nyukasl”ın baş məşqçisi Eddi Hau isə gözlənilməz qərar verdi – 69 milyon funt sterlinqə transfer edilən hücumçu Nik Voltemadeni ehtiyatda saxlayıb, mərkəzdə Antoni Qordona şans verdi. Amma Qordon özünü göstərə bilmədi və oyun getdikcə “Barselona”nın üstünlüyü ilə davam etdi, Reşford isə ölümcül finişlə parladı.
İngilis hücumçu 80-ci dəqiqədə əvəzlənərkən “Barselona” azarkeşləri onu ayaq üstə alqışladı.
Uzatmaların əvvəlində Qordon hesab arasındakı fərqi azaltsa da, kataloniyalılar sona qədər tab gətirərək qələbəni əldən vermədilər.
Nyukasl 1-2 Barselona
Reşford 58' 67'
Gordon 90'
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/107853
https://t.me/doxsanplus/107855
https://t.me/doxsanplus/107861
Markus Raşford tarixi an yazdı! O, Qari Linekerdan sonra avrokuboklarda “Barselona” forması geyinən ikinci ingilis oldu.