"Barselona" "İnter"in müdafiəçisini istəyir
La Liqa son çempionu “Barselona” yay transfer pəncərəsində “Inter” və İtaliya millisinin müdafiəçisi Alessandro Bastonini heyətinə qatmaq niyyətindədir. Klub mövsüm ərzində yaşadığı müdafiə problemlərini həll etmək və müdafiə xəttini gücləndirmək istəyir.
90plus.az xəbər verir ki, Bastoninin transferi xüsusilə “Barselona” üçün önəmlidir, çünki İnyiqo Martinezin “Əl-Nəsr”ə keçməsindən sonra sol cinah müdafiəçisi mövqeyi boş qalıb. Hal-hazırda Pau Kubarsi və Erik Qarsia Hansi Flikin mərkəz müdafiə cütlüyünü təşkil etsə də, klub sabitlik təmin edə biləcək təbii sol cinah müdafiəçisi axtarır. Bu mövqedə yeganə alternativ hazırda Gerard Martin sayılır.
Nico Şlotterbek və Qonsalo İnasio kimi oyunçulara maraq olsa da, Bastoni klubun əsas hədəfi olaraq qalır. Onun yüksək keyfiyyəti, müdafiədə gücü və əla ötürmə qabiliyyəti Hansi Flikin taktikasına tam uyğun gəlir.
Bu transfer uğrunda “Barselona” və digər Avropa klubları arasında maraqlı mübarizə gözlənilir.
© Copyright 2026, All Rights Reserved