"Barselona" "Kamp Nou"nun açılışını etdi - İLK MƏŞQ
90plus.az xəbər verir ki, İspaniya La Liqasında çıxış edən "Barselona" bu həftəsonu səfərdə "Selta Viqo" ilə qarşılaşacaq. Görüş öncəsi Hansi Flikin komandası yenilənmiş "Kamp Nou" stadionunda azarkeşlərinin qarşısında məşq edib.
Klubun yaydığı məlumata görə, təmiri başa çatan stadionda keçirilən məşqi təxminən 23 min azarkeş izləyib. Bu, komandanın yenidən doğma arenaya dönüşü ərəfəsində böyük maraqla qarşılanıb.
"Barselona"da stadion məsələlərinə cavabdeh olan Xoan Sentelles, İspaniya mətbuatına verdiyi açıqlamada bildirib ki, komanda La Liqada 22 noyabrda keçiriləcək "Atletik Bilbao" oyunu ilə birlikdə "Kamp Nou"ya rəsmi dönüş etməyi planlaşdırır.
Məşqi tribunadan izləyən klub prezidenti Xoan Laporta, yenilənmiş stadionun həm azarkeşlər, həm də klubun gəlirləri baxımından mühüm addım olduğunu vurğulayıb:
“Yeni ‘Kamp Nou’ bizim üçün təkcə idman baxımından deyil, iqtisadi tərəfdən də böyük imkanlar yaradacaq,” – deyə Laporta bildirib.
"Barselona" hazırda La Liqada mövsümə iddialı şəkildə davam edir və azarkeşlərin dəstəyi ilə doğma meydanına qayıdışı böyük həyəcanla gözləyir.
© Copyright 2025, All Rights Reserved