"Barselona" Londonda "Çelsi"yə boyun əydi
UEFA Çempionlar Liqasının 5-ci turunda “Çelsi” “Barselona”nı 3-0 məğlub etdi.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 5-ci turunda “Çelsi” öz meydanında, "Stamford Bridge"də “Barselona”nı qəbul etdi.
Görüşdə üstün olan tərəf “Çelsi” oldu və matç 3-0 hesabı ilə yekunlaşdı. Qələbə qollarını Kounde (avtoqol), Estevao və Delap vurdu.
“Barselona”da isə Arauxo 44-cü dəqiqədə ikinci sarı kartdan qırmızı kartla meydandan kənarlaşdırıldı.
Bu nəticə ilə “Çelsi” 10 xal toplayaraq qrupda vəziyyətini yaxşılaşdırdı. Çempionlar Liqasındakı performansı gözləniləndən aşağı olan “Barselona” isə 7 xalda qaldı.
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/111187
https://t.me/doxsanplus/111197
https://t.me/doxsanplus/111205
Həmçinin oxu:
© Copyright 2025, All Rights Reserved