"Barselona" misirli hücumçunu istəyir
“Barselona” misirli futbolçu Ömər Marmuşu yaxından izləyir və onun transferi üçün ilkin hazırlıq işlərinə start verib.
90plus.az xəbər verir ki, Marmuş cəmi bir ildir ki, “Mançester Siti”nin formasını geyinir. Lakin hazırda əsas heyətdə sabit yerə sahib deyil və məşqçi seçimində Fil Foden və Antuan Semenyo ondan daha üstün mövqedə qərarlaşıb.
Cinah oyunçusu kimi, “saxta 9” və ya “10 nömrə” mövqeyində çıxış edə bilən misirli futbolçu baş məşqçi Hans-Diter Flikin oyun sisteminə uyğun ideal variant hesab olunur.
Əsas məsələ isə budur ki, “Barselona” 70 milyon avroya transfer edilmiş oyunçunun buraxılması üçün “Mançester Siti”ni razı sala biləcəkmi?
Əgər Kataloniya təmsilçisi Marmuşu heyətinə qatsa, bu halda Xulian Alvares və Viktor Osimhenlə bağlı bütün transfer planlarından tam şəkildə imtina ediləcək.
© Copyright 2026, All Rights Reserved