"Barselona" müdafiəçisini qeydiyyata sala bilmədi

"Barselona" maliyyə feyr-pley qaydaları səbəbindən ispan müdafiəçi İniqo Martineslə yeni müqavilə bağlaya bilmir.
90plus.az xəbər verir ki, Kataloniya klubu 33 yaşlı ispan futbolçu ilə müqaviləni yeniləmək istəyib, lakin hər şey razılaşdırılsa da, "Barselona" Martinesin yeni müqaviləsini qüvvəyə mindirmək üçün maliyyə feyr-pleyinə uyğunlaşma yolunu tapa bilməyib. Klub müdafiəçinin müqaviləsini uzatmaq üçün La Liqa rəhbərliyi ilə danışıqlar aparır.
Qeyd: İniqo Martines bu mövsümdə "Barselona"nın heyətində İspaniya çempionatında 19 matç keçirib və 2 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved