“Barselona” nümayəndələri AFFA-da!
 
                             
                         
                             
                                AFFA-da "Barselona" klubunun nümayəndələri ilə görüş baş tutub.
90plus.az xəbər verir ki, “Barselona” klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre və klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfər çərçivəsində AFFA-da olublar.
Onlar qurumun baş katibi Cahangir Fərəcullayevlə görüşüb söhbətləşiblər.
Görüş zamanı “Barselona”nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Dünya şöhrətli klubun nümayəndələri AFFA-nın baş katibinə xatirə hədiyyəsi təqdim ediblər.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved