"Barselona" qapıçısını göndərir
Mark-Andre ter Ştegen qış transfer pəncərəsində “Barselona”dan ayrılma ehtimalı ilə gündəmdədir.
90plus.az xəbər verir ki, insayder Florian Plettenberqin məlumatına əsasən, alman qapıçı hələ yanvarda komandadan gedib-getməmək barədə qərar verməyib.
Apreldə 34 yaşını qeyd edəcək ter Ştegen “Barselona”da ehtiyat qapıçı vəziyyətinə düşmək və bunun nəticəsində dünya çempionatını əldən vermək riski ilə qarşılaşıb.
Qeyd: O, hazırda zədəsini sağaldır və cari mövsümdə hələ meydanda çıxış etməyib.
© Copyright 2025, All Rights Reserved