"Barselona" qapıçısını göndərir

İspaniyanın "Barselona" klubu mövsümün sonunda qapıçısı İnyaki Penya ilə yollarını ayırmağa hazırlaşır.
90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı qolkiperin komandada qalmasını planlaşdırmır.
Vaxtilə icarə əsasında "Qalatasaray"da (Türkiyə) çıxış etmiş qapıçının keçidi İstanbul klubunun gündəmindədir.
Qeyd: "Barselona" bu mövsüm ciddi zədə alan Mark-Andre ter Şteqenin yerinə Voytsex Şensnını heyətinə cəlb edib.
© Copyright 2025, All Rights Reserved