"Barselona" transfer siqnalını verdi - Alvarez yavaş-yavaş...
“Atletiko Madrid”in hücumçusu Xulian Alvarezdən incə transfer siqnalı gəldi.
90plus.az xəbər verir ki, “Barselona” – “Atletiko Madrid” matçında argentinalı hücumçu Xulian Alvares parlaq təsir bağışlamasa da, bu, katalon klubunun futbolçuya olan heyranlığını azaltmayıb.
“Barselona”nın 3:1 hesablı qələbəsindən sonra klub rəsmi X hesabında Alvares və Lamin Yamalın birgə şəklini paylaşaraq onu belə başlıqla dərc edib: “Ulduzlar fokusda”.
Bu paylaşım “Barselona”nın Alvarezi yüksək qiymətləndirdiyini və onu Lamin kimi “ulduz” statusunda gördüyünü açıq şəkildə nümayiş etdirir.
Katalon klubunun paylaşımı incə bir transfer mesajı kimi dəyərləndirilir. Çünki “Barselona” artıq təxminən bir ildir ki, “Atletiko Madrid”in hücumçusu ilə ciddi şəkildə maraqlanır. Robert Levandovskinin qeyri-sabit çıxışı fonunda klubun Alvarezi gələn yay üçün real transfer hədəfinə çevirməsi ehtimalı artır.
Argentinalı ulduzun oyun üslubu və potensialı “Barselona”nın hücum xəttinə dinamiklik qatmaq baxımından ideal variant kimi görünür.
© Copyright 2025, All Rights Reserved