“Barselona” “Valensiya”nı darmadağın etdi – 6:0

La Liqada 2025/26 mövsümünün oyununda “Barselona” öz meydanında “Valensiya” ilə qarşılaşıb.
90plus.az xəbər verir ki, görüş katalonların 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda üç futbolçu dubl edib. Fermín López ilk qolunu Ferran Torresin ötürməsindən sonra vurub, daha sonrauzaqdan möhtəşəm zərbə ilə fərqlənib.
Rafinya ehtiyatdan meydana daxil olduqdan sonra Rashfordun ötürməsindən sonra gözəl qol vurub, ardından ikinci qolunu 66-cı dəqiqədə rəqibi qapısından keçirib.
Robert Levandovski isə 68-ci dəqiqədə oyuna qoşulduqdan sonra qısa müddətdə iki dəfə fərqlənərək hesabı tamamlayıb.
Bu qələbədən sonra “Barselona” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Valensiya” isə ağır məğlubiyyətdən sonra 15-ci yerə enib.
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/107643
https://t.me/doxsanplus/107644
https://t.me/doxsanplus/107646
https://t.me/doxsanplus/107648
© Copyright 2025, All Rights Reserved