"Barselona" yeni hücumçusunu Almaniyada tapdı

"Bayern Münhen" klubunun forvardı Harri Keyn karyerasını La Liqada davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Barselona" İngiltərə millisinin hücumçusunu heyətinə qatmaq niyyətindədir. Bu barədə "El Nacional" televiziyası xəbər yayıb.
İspaniya təmsilçisi Keyni, gələn mövsüm müqaviləsi başa çatacaq Robert Levandovskinin ideal əvəzləyicisi kimi nəzərdən keçirir. Kataloniya klubu 32 yaşlı hücumçu üçün "Bayern Münhen" ilə danışıqlara başlamağı planlaşdırır.
Xatırlatma: Harri Keyn 2023-cü ilin yayında "Tottenhem" klubundan Münhen təmsilçisinə transfer olunmuşdu. O, bu müddət ərzində "Bayern"in heyətində keçirdiyi 102 rəsmi oyunda 95 qol vurub və 29 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved