"Barselona" yenidən "Kamp Nou"dan uzaq düşdü
"Barselona" növbəti mövsümlərdə yenidən müvəqqəti olaraq doğma stadionunu tərk edə bilər.
90plus.az xəbər verir ki, "Kamp Nou" arenasında yeni dam örtüyünün quraşdırılması planlaşdırılır. İşlərin 2027-ci ilin yayında başlanması və təxminən yeddi ay davam etməsi gözlənilir. Bu müddət ərzində Kataloniya təmsilçisi ev oyunlarını başqa stadionda keçirməli olacaq.
"Barselona" ötən ilin noyabrında yenidən qurulmuş "Kamp Nou" stadionuna qayıtmışdı.
Hazırda Hans-Diter Flikin rəhbərlik etdiyi komanda İspaniya La Liqasında turnir cədvəlinin lideridir. 28 turdan sonra 70 xal toplayan "Barselona" ən yaxın izləyicisi "Real Madrid"i 4 xal qabaqlayır.
© Copyright 2026, All Rights Reserved