"Barselona"da Pedri bu oyunda meydanda olacaq
“Barselona”nın yarımmüdafiəçisi Pedri zədədən sonra ciddi irəliləyiş əldə edib və meydana qayıtmağa çox yaxındır.
90plus.az xəbər verir ki, gözlənilməz dəyişiklik baş verməzsə, ispaniyalı futbolçu “Levante”yə qarşı keçiriləcək oyunda müəyyən dəqiqələr ala bilər.
Kataloniya təmsilçisi 22 fevral tarixində doğma “Kamp Nou” stadionunda “Levante”ni qəbul edəcək. Hazırkı vəziyyətə görə, rəqib La Liqanın ən zəif komandalarından biri sayılır və qarşılaşmanın “Barselona” üçün nisbətən rahat keçəcəyi proqnozlaşdırılır.
Pedrinin qayıdışı baş məşqçi üçün yarımmüdafiədə əlavə seçim imkanı yaradacaq. Klub tibbi heyəti futbolçunun bud arxa əzələsindəki zədədən tam bərpa olunması üçün ehtiyatlı davranır və onun oyuna tədricən adaptasiya olunması planlaşdırılır.
Beləliklə, azarkeşlər uzun fasilədən sonra Pedrini yenidən “Kamp Nou”da yaşıl meydanda görə bilərlər.
© Copyright 2026, All Rights Reserved