"Barselona"da Pedri şoku - ÇARPAZ BAĞ ZƏDƏSİ
“Barselona” klubu Pedrinin sağ ayağının arxa əzələsində (hamstring) zədə aşkarlanmasını rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Pedri zədəsini dünən Çempionlar Liqasında “Slaviya Praqa” üzərində 4:2 hesablı qələbə ilə başa çatan görüşdə alıb.
Bu itki kataloniyalılar üçün ciddi zərbə sayılır. Çünki Pedri cari mövsümdə möhtəşəm performans nümayiş etdirir və bütün turnirlərdə komandanın oyununa əsas təsir göstərən futbolçulardan biridir. O, indiyədək 2 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Gənc futbolçunun yoxluğu “Barselona”nın La Liqada çempionluq mübarizəsinə də təsir edəcək. Bundan əlavə, komanda yaxın həftələrdə Çempionlar Liqasındakı son oyununda “Kopenhagen”lə, Kral Kubokunun 1/4 final mərhələsində isə “Albasete” ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved