“Barselona”da Pedri zədələndi
“Barselona” növbəti ciddi itki ilə üzləşib.
90plus.az xəbər verir ki, komandanın gənc yarımmüdafiəçisi Pedri yenidən zədə problemi yaşayıb.
Kataloniya klubunun mətbuat xidmətinin məlumatına görə, 22 yaşlı futbolçunun sol ayağının əzələsində problem aşkarlanıb.
Pedrinin bərpa prosesinin təxminən üç həftə davam edəcəyi bildirilir. Bu müddətdə o, komandasına kömək edə bilməyəcək.
İspaniyalı oyunçunun noyabr ayında, milli komandaların matçları ilə əlaqədar yaranacaq fasilədən sonra meydana qayıdacağı gözlənilir. Bu müddət ərzində Pedri La Liqada “Elçe” və “Selta”, Çempionlar Liqasında isə “Brügge” ilə oyunları buraxacaq.
Xatırlatma: Pedri 2019-cu ilin yayında “Las Palmas” klubundan “Barselona”ya 23 milyon avroya transfer olunub. Gənc yarımmüdafiəçi cari mövsümdə kataloniyalıların heyətində 13 oyunda 2 qol və 2 qol ötürməsi ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved