"Barselona"dan Reşford qərarı
İspaniyanın “Barselona” klubu hücumçu Markus Reşfordun gələcəyi ilə bağlı açıqlama verib.
90plus.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi bildirib ki, hazırda “Mançester Yunayted”ə məxsus olan futbolçunun gələcək taleyi mövsümün sonunda müəyyənləşəcək. Klub rəsmiləri Reşfordun çıxışından razı qaldıqlarını, lakin onun transfer hüquqlarını birdəfəlik almaq məsələsində hələ yekun qərar verilmədiyini qeyd ediblər.
Bildirilib ki, yayda futbolçunun performansı və klubun maliyyə vəziyyəti nəzərə alınaraq son qərar veriləcək. Bu səbəbdən hazırda rəsmi transferlə bağlı hər hansı qəti addım atılmayıb.
Qeyd: İngiltərəli hücumçu bu mövsüm “Barselona”nın heyətində göstərdiyi oyunla diqqət çəkir və komandanın hücum xəttində əsas seçimlərdən biri hesab olunur.
© Copyright 2026, All Rights Reserved