"Barselona"nın futbolçusu İtaliya yolçusudur
"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, “Napoli” ispaniyalı futbolçunun transferi ilə maraqlanır. Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Məlumata görə, İtaliya çempionu Kasadonu yanvar ayında heyətinə cəlb etməyi planlaşdırır. “Napoli” 22 yaşlı dayaq yarımmüdafiəçisinin keçidi üçün “Barselona”ya 30 milyon avro dəyərində təklif təqdim edəcək.
Qeyd: Mark Kasado “Barselona” klubunun yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində 12 rəsmi oyuna çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved