"Barselona"nın gəncinə Avropa klubları göz qoyub
“Portu” və “Ştutqart” klubları “Barselona”nın hücumçusu Runi Bardji ilə maraq göstərirlər.
90plus.az xəbər verir ki, Portuqaliya və Almaniya təmsilçiləri 20 yaşlı isveçli forvardı qış transfer dönəmində icarəyə götürmək niyyətindədirlər. Lakin bildirilir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik bu fikrə qarşı çıxır və Bardjinin ən azı mövsümün sonunadək komandada qalmasını istəyir.
Xatırlatma: Bardji ötən yay “Barselona”ya transfer olunub. O, indiyədək klubun heyətində 9 matça çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb. Gənc hücumçunun müqaviləsi 2029-cu ilin yayına qədər etibarlıdır.
© Copyright 2026, All Rights Reserved