"Barselona"nın Reşford transferinə əngəl

La Liqada maaş limiti azalması "Barselona"nın Reşford transferini çətinləşdirir.
90plus.az xəbər verir ki, "Barselona"nın "Mançester Yunayted"in hücumçusu Markus Reşfordu heyətinə qatmaq şansları La Liqanın 2025/26 mövsümü üçün maaş limitini 463 milyon avrodan 351 milyon avroya endirməsindən sonra xeyli azalıb.
Bu qərar yenilənmiş Kamp Nou stadionunda VIP lojalardan istifadə ilə bağlı maliyyə mübahisələrinin nəticəsi olaraq qəbul edilib.
Bu şəraitdə Kataloniya təmsilçisi ya futbolçuları satmalı, ya da əlavə gəlir mənbələri tapmalı olacaq ki, ingilis hücumçu ilə ciddi transfer danışıqlarına başlaya bilsin.
© Copyright 2025, All Rights Reserved