"Barselona"nın sabiq prezidenti: "Pedri Yamaldan güclüdür"
“Barselona” klubunun sabiq prezidenti Xoan Qaspard verdiyi son açıqlamada qalmaqallı fikirlə çıxış edib. O, “Pedri Lamin Yamal’dan qat-qat yaxşıdır” deyərək azarkeşlərin və futbol ictimaiyyətinin diqqətini çəkib.
90plus.az xəbər verir ki, əslində, “Barselona” hər iki oyunçunun yoxluğunda əziyyət çəkir. Komandanın oyun ritmi həm Pedri, həm də Laminin iştirak etmədiyi vaxtlarda nəzərəçarpacaq dərəcədə aşağı düşür. Bu baxımdan, hər iki futbolçu eyni dərəcədə vacib rol oynayır.
Sabiq prezidentin bu cür açıqlaması, xüsusilə də komandanın birliyini pozacaq şəkildə müqayisələr aparması, bəzi azarkeşlər tərəfindən tənqidlə qarşılanıb. Futbol bir komanda oyunudur və hər kəsin öz rolu var.
Xatırlatma: Lamin Yamal son həftələrdə qasıq nahiyəsində yaşadığı zədə səbəbindən meydanlardan uzaq qalmışdı. Sevindirici hal odur ki, gənc ulduz artıq tam sağalıb və komandanın sərəncamındadır.
© Copyright 2025, All Rights Reserved